Gecikmiş mərhələlərdə varikozun mualicesi
Xəstə həkimə gec müraciət etdikdə venaların divarları həddindən çox nazilir. Belə damarlar öz funksiyalarını yerinə yetirə bilmir, üstəlik qonşu venaların da işini çətinləşdirirlər.
Mövcud vəziyyəti dərmanla aradan qaldırmaq mümkün olmadığından pasiyentlərə Skleroterapiya, Kriolazer-krioskleroterapiya, ağır hallarda isə lazer əməliyyatı təklif edilir. Bu üsullar narkozsuz, kəsiksiz və izsiz aparılır, xəstənin klinikada qalmasına ehtiyac olmur.