Dr. Ceyhun Hüseynov
Cərrah · Fleboloq
Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, xarici klinikalarda ixtisaslaşmış cərrah-fleboloq. 2005-ci ildən müxtəlif klinikalarda fəaliyyət göstərir, 10 elmi məqalənin və metodik vəsaitin müəllifidir.
30+ İl təcrübə
10+ Elmi məqalə
PhD Tibb Elmi
Doktoru
Təhsil & Karyera
- 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə-profilaktika fakültəsini bitirib.
- 1994–95-ci illərdə 5 №-li şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.
- 1995–98-ci illərdə 5 №-li şəhər klinik xəstəxanasının həkim ordinatoru vəzifəsində işləyib.
- 1998-ci ildə Gürcüstanda prof. Kuzanov İ.İ. yanında "Estetik və plastik rekonstruktiv mikrocərrahiyyə" kursu keçmişdir.
- 1998–2005-ci illərdə Ə.Əliyev adına ADHT İnstitutunda damar cərrahiyyəsi kafedrasında assistant vəzifəsində çalışıb.
- 2002-ci ildə Rusiyada REA Elmi Cərrahiyyə Mərkəzində "Damarların ultrasəs müayinəsi – doppleroqrafiya" kursunda olmuşdur.
- 2005-ci ildən müxtəlif klinikalarda fleboloq-cərrah kimi fəaliyyət göstərir.
- 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən Tibb Elmi üzrə Fəlsəfə Doktoru adına layiq görülmüşdür. 10 elmi məqalənin və metodik vəsaitin müəllifidir.