Varikozun evdə müalicəsi

Varikozun evde mualicesi mümkündür? Bu sual bir çox insanları maraqlandırır. Ümumiyyətlə, otlar, məlhəm, bürünmə və vannalar ayaqda ağrı hissini azaldaraq, vəziyyəti müvəqqəti yaxşılaşdıra bilər.

Varikozun vitaminlərlə evde mualicesi
Qan durulaşdıran məhsullarla düzgün qidalanma damarların yüklənməsini azaldır. Xalq təbabətinə aid reseptlərdə giləmeyvə, sitrus meyvələri, kələm, yaşıl çaya tez-tez rast gəlinir.

Varikoz xəstəliyində aşağıdakı məhsullar xeyirli sayılır:
  • omeqa-3 və balıq yağı - damarların elastikliyini artırır
  • sarımsaq və limon - xolesterini azaldır
  • meyvə şirələri (kök, cəfəri, turp) - orqanizmin immunitetini artırır.
Qeyri-düzgün qidalanma, zərərli vərdişlər və daimi stress vəziyyətləri damar genislenmesi riskini artırır.

Varikozun evde idmanla mualicesi
Xüsusi idman hərəkətləri ilə ayaq damarlarına kömək etmək mümkündür. Hər gün evə qayıtdıqda ayaqlarınızı bir qədər hündürə qaldırın və ən azı 15 dəqiqə saxlayın. Bu vəziyyət venaların yüklənməsini azaldır, ayaqdakı yorğunluq və ağırlıq hissini aradan qaldırır.


Varikozun damar corabları ilə evdə mualicesi
Damar hekimleri gün ərzində ayaqüstə qalan insanlara varikoz corab istifadə etməyi məsləhət görürlər. Onlar damarları tonusda saxlamaqla, ağrı və şişkinliyi azaldırlar. Corabı səhər yuxudan durduqda geyinmək, axşam yuxuya getməzdən əvvəl çıxarmaq məsləhətdir.
varikozun evde mualicesi
Varikozun evde vanna və bürünmələr ilə mualicesi
Evde müalicə üsulları içərisində ayaq vannaları və bürünmələr daha məşhurdur. İnsanlar kələm kompresinə üstünlük verirlər. Onları şişkin venaların üzərinə qoyurlar.

Mütəxəssislər varikoz damar genislenmesi zamanı hərəki aktivliyi artırmağı tövsiyə edirlər. Çünki uzun müddət eyni yerdə dayandıqda xəstəliyin inkişafı sürətlənir. Gəzinti və ya velosiped sürmə isə venaların tonusunu stimulə edir.
varikozun evde mualicesi


Varikozun evde xalq təbabəti ilə mualicesi
  • balla bürünmə (pambıq parçanın üzərinə bal çəkilir və ayağa qoyulur)
  • gil kompresi (gil suda həll edilir, ayağa çəkilir, bir müddət qaldıqdan sonra yuyulur)
  • alma sirkəsi ilə vanna (1 vedrə suya 0,5 litr sirkə tökülür, ayaqlar 5 dəqiqə dizə qədər həmin soyuq suya salınır)
Sonda mühüm bir məqamı vurğulayaq: varikoz xəstəliyi - ciddi problemdir. Xalq reseptləri ilə varikozun mualicesi vəziyyəti azacıq yaxşılaşdırsa da, damar genişlənməsi aradan qalxmır. Əksinə, zamanla vəziyyət daha da gərginləşir.

Bu baxımdan siz kor-koranə evde varikozun müalicesi ilə məşğul olmayın ki, fəsadlaşma baş verməsin.

Varikozun evdə müalicəsi
haqqında videonu izləyin

Digər mətnlər

Müalicələrin nəticələrinə baxın



Sualınız var?
Zəng edin və ətraflı məlumat alın
(055) 228 94 90
Sualınız var?
WhatsApp-a keçin,
bizə yazın və ətraflı məlumat
əldə edin
Azərbaycan, Bakı ş,
Ak. Həsən Əliyev küç 15,
Avrasiya Hospital, 2-ci mərtəbə
Bakı Flebologiya Mərkəzi