Damar genislenmesi – 30 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən patologiyalardan sayılır. Bu xəstəlik venaların şişməsi, ayaq ağrıları, venoz düyünlər və ağır hallarda trofiki yaraların formalaşması ilə xarakterizə olunur.
Damar genislenmesi hansı səbəblərdən yaranır? Varikoz xəstəliyi əsasən aşağıdakı amillərin təsirindən əmələ gəlir:
Ayaqüstü və ya oturaq iş rejimi
Piylənmə
İrsi meyillik
Hamiləlik dövrü
Yaş və cins. 30-40 yaşlı qadınlarda varikoz damar genislenmesi daha çox müşahidə olunur.
Damar genislenmesi və onun mərhələləri
Başlanğıc mərhələ. Varikoz damar genislenmesinin ilkin əlamətlərinə ayaqlarda gün sonuna yaxın ağırlıq, yorğunluq, topuq və baldır nahiyəsində şişkinlik aiddir. Bu dövrdə yaranan simptomlar adətən səhər oyandıqda keçib gedir.
1-ci mərhələ. Sadalanan əlamətlərə damar ulduzcuqları, ayaqda ağrı və gecə qıcolmaları da qoşulur.
2-ci mərhələ. Xəstələrdə varikoz düyünlər və şişkin venalar qeydə alınır. Belə vəziyyətlərdə tromblaşma ehtimalı yüksəlir.
3-cü mərhələ. Yuxarıda qeyd olunan simptomlara gecə yuxusundan sonra itməyən daimi şişkinlik əlavə olunur.
4-cü mərhələ. Ayaq dərisi tünd rəng alır və nazilir.
Damar genislenmesi müalicə olunmadıqda nələr baş verir? Xəstə varikoz həkiminə gec müraciət etdikdə, genişlənmiş venadan qanaxma, tromboflebit, tromboemboliya kimi fəsadların yaranma riski artır. Bu hallar isə sağlamlıq üçün təhlükəli sayıldığından vaxtında müayinə və müalicə olunmaq məsləhət görülür.
Damar genislenmesi necə aradan qaldırılır? Varikozun ən dəqiq və erkən diaqnostika üsulu Rəngli Doppler müayinəsidir. Bu üsul xəstəliyin effektiv müalicə metodunu seçməyə imkan verir. Venaların Doppler müayinəsi fleboloq tərəfindən həyata keçirilir.
Varikozun müalicəsi yüngül mərhələlərdə Skleroterapiya və ya digər estetik prosedurlarla aparılır. Ağırlaşmış hallarda isə yeganə düzgün qərar lazer üsulu ilə genişlənmiş venanın aradan qaldırılmasıdır.
Bir məqamı yadda saxlamaq lazımdır ki, erkən başlanılan müalicəyə daha az vaxt və sərmayə sərf olunur.
Damar genislenmesi və profilaktika üsulları
Artıq çəkidən azad olun
Hündürdaban ayaqqabılardan az istifadə edin
Ehtiyac olduqda varikoz corablar geyinin
Gün sonunda ayaqlarınızı isti-soyuq duşla yuyun
İsti sauna və vanna qəbulunu azaldın
İlkin əlamətlərlə rastlaşdıqda damar həkiminə müraciət edin.
Qeyd etdiyimiz üsullar varikozun yaranmayacağına 100% zəmanət deyil, çünki əksər hallarda damar genislenmesi məhz genetik amillə bağlı olur. Bu zaman yeganə çıxış yolu ildə 1 dəfə profilaktik Doppler müayinəsindən keçməklə, xəstəliyi ilkin mərhələdə aşkara çıxarmaqdır.