Onun əsas üstünlüklərindən biri də budur ki, bərpa dövrü çox qısadır. Cərrahi müdaxilədən təxminən 1 saat sonra pasiyent klinikanı tərk edir, yataq rejiminə ehtiyac qalmır. Bu cür əməliyyat keçirən insanlar dərhal gündəlik həyatlarına qayıdırlar.
Odur ki, ayaq damarları ilə bağlı narahatlıqlar yarandıqda, gecikdirmədən həkimə müraciət etmək lazımdır. Çünki xəstəlik ağırlaşdıqda onu sağaltmağa daha çox zaman və sərmayə tələb olunur. Belə hallarda yol verməmək üçün sağlamlığınızın qayğısına vaxtında qalın.