Varikoz damar hekimi - aşağı ətraf venalarının xəstəlikləri ilə məşğul olan mütəxəssisdir. Damar genislenmesi həm qadınlar, həm də kişilər arasında geniş yayılmışdır. Onun yaranmasında irsi meyillik, hormonal dəyişikliklər, ayaqüstü iş, artıq çəki kimi amillər mühüm rol oynayır.
Varikoz damar hekimi hansı xəstəlikləri müalicə edir?
varikoz
tromboflebit
dərin venaların trombozu
flebit
trofiki xora
xroniki venoz çatışmazlıq və s.
Hansı əlamətlərlə qarşılaşdıqda varikoz və damar hekiminin qəbuluna yazılmaq lazımdır?
ayaqda kapilyar torları
şişkin, düyünşəkilli venalar
aşağı ətraflarda ağrı və gecə qıcolmaları
baldır nahiyəsində şişkinlik
Varikoz damar hekimi venaları hansı yolla müalicə edir? Ayaq damarları ilə bağlı varikoz hekimine müraciət olunduqda əsas məqsəd diaqnozun düzgün qoyulmasıdır. Bunun üçün Rəngli Doppler müayinəsi aparılır. Onun vasitəsilə venaların vəziyyəti dəqiqləşdirilir.
Müalicə sxemi müayinənin nəticəsinə əsasən tərtib edilir. Əgər pasiyentdə nazik vena və kapilyarlar varsa, o zaman Skleroterapiya və ya Kriolazer-krioskleroterapiya prosedurları məsləhət görülür.
Varikozun müalicəsi gecikdirildikdə isə yeganə effektiv üsul cərrahi müdaxilədir. Belə ki, şişkin venaları heç bir prosedurlar aradan qaldırmaq mümkün deyil. Əksər pasiyentlər “əməliyyat” sözündən qorxurlar. Amma buna gərək yoxdur.
Hazırda damar hekimleri varikozu kəsiksiz, narkozsuz və ağrısız lazer üsulu ilə təmizləyirlər. Əməliyyatdan sonra yataq rekiminə ehtiyac olmur, pasiyent dərhal gündəlik işlərinə qayıdır.
Varikoz və damar hekimi nəyi tövsiyə edir?
Əgər işiniz az hərəkətlidirsə, fiziki aktivliyi artırın
Dar geyimlərdən, hündürdaban ayaqqabılardan istifadə etməyin
Düzgün qidalanın, gündəlik rasionda meyvə-tərəvəzlərə böyük yer ayırın
Ayaqüstü işlə məşğulsunuzsa, tez-tez səyahət edirsinizsə varikoz corablar geyinin.
Ən əsası varikozun evde mualicesi ilə məşğul olub, ağırlaşmalara yol açmayın. Sağlamlığınızı peşəkar həkimlərə etibar edin.