Varikoz - venaların genişlənməsi, şişməsi və ağır hallarda yaraların əmələ gəlməsi ilə gedən xəstəlikdir. İlkin mərhələlərdə bu, sadəcə estetik problem sayılsa da, zaman keçdikcə ayaqlarda ağrı, şişkinlik və gecə qıcolmaları kimi əlamətlər meydana çıxır.
Bəs varikoz nədən yaranır? Damar genislenmesi əsasən aşağıdakı səbəblərdən baş verir:
hamiləlik
irsi meyillik
oturaq və ya əksinə, ayaqüstü iş
artıq çəki və piylənmə
ağır fiziki yüklənmələr
yaş faktoru
hormonal pozğunluqlar və s
Varikoz özünü necə büruzə verir? Varikoz damar genislenmesi zamanı xəstələr gün sonuna yaxın ayaq ağrılarından şikayətlənirlər. Başlanğıcda təkcə yorğunluq olsa da, sonralar baldır əzələlərində qıcolmalar və aşağı ətraflarda yanğı hissi də yaranır.
Həmçinin ayaqların xarici görünüşündə dəyişikliklər gedir: xəstəlik damar ulduzcuqları, göy-yaşıl, şişkin venalar, dəri rənginin dəyişməsi və şişkinliklə müşayiət olunur.
Varikozun təhlükəliliyi qıcolma və ya ödemlə deyil, damar daxilində trombun yaranma ehtimalının yüksək olması ilə izah edilir. Qan laxtası istənilən an qoparaq, həyat üçün təhlükə törədə bilər.
Belə hallara yol verməmək üçün varikoz xəstələri vaxtında müayinə və müalicə olunmalıdır.
Varikoz damarlar hansı üsullarla yox edilir? Genişlənmiş venalardan əziyyət çəkən insanlar damar hekimi ilə məsləhətləşməlidir. Çünki bu xəstəliyin müalicəsi ilə fleboloq, yəni varikoz damar hekimi məşğul olur.
Pasiyent fleboloqa müraciət edən zaman ilk növbədə Rəngli Doppler müayinəsi aparılır. Onun vasitəsilə venaların vəziyyəti, trombun olub-olmaması haqqında dolğun məlumat əldə edilir.
Müayinənin nəticəsinə əsasən varikoz hekimi müalicə sxemini tərtib edir. Venalar nazik olduqda, onlar müxtəlif prosedurlar - Skleroterapiya (iynə üsulu) və ya Kriolazer-krioskleroterapiya vasitəsilə aradan qaldırılır.
Müalicə gecikdirildikdə isə şişkinləşmiş venalar lazer üsulu ilə (kəsiksiz, narkozsuz və ağrısız) əməliyyat edilir. Hazırda varikozun müalicəsi müasir üsullarla aparıldığından heç bir halda klinikada qalmağa ehtiyac olmur. Pasiyent dərhal gündəlik həyatına davam edir.
Varikoz xəstəliyinin qarşısını almaq üçün nə etməli? Damar hekimleri varikozun profilaktikası üçün aşağıdakı qaydalara riayət etməyi məsləhət görürlər:
uzun müddət eyni vəziyyətdə oturmaq və ya dayanmaqdan çəkinin. Fiziki aktivliyə üstünlük verin
gün sonu istirahət edərkən ayaqlarınızı bir qədər yuxarı qaldırıb uzanın. Bu, qan axınını normaya salır, yorğunluq və ağrı hissini götürür
çəkinizi hər zaman normada saxlayın
hündürdaban ayaqqabılardan imtina edin
isti vanna qəbul etməyin
düzgün qidalanın
Və heç bir zaman varikozun evde mualicesi ilə məşğul olmayın. Qeyri-peşəkar müalicə xəstəliyin kəskinləşərək, sağlamlığa zərər verməsi ilə nəticələnə bilər. Odur ki, varikozdan şübhələnirsinizsə, vaxtında həkim müayinəsindən keçin.