Varikoz hekimi hansı üsullarla müalicə edir?
İlkin gəlişdə həkim Doppler müayinəsi aparır. Bu, ultrasəs müayinəsidir. Ağrısız olub, xüsusi hazırlıq tələb etmir. Müayinə cəmi 10-15 dəqiqə sürür. Onun köməyilə venalarda olan dəyişikliklər, tromb kütlələri aşkar edilir.
Əsl varikoz hekimi Doppler müayinəsini özü etməlidir. Bu bacarıqlar ona prosedur və lazer əməliyyatları apararkən gərəkli olur. Ona görə də hekimi seçərkən həmin məqama fikir vermək lazımdır.