Damar hekimleri - vena, arteriya və limfa xəstəliklərinin müalicəsi ilə məşğul olan mütəxəssislərdir. Onların pasiyentləri arasında varikoz probleminə daha çox rast gəlinir.
Hansı əlamətlərdə damar hekimleri ilə əlaqə saxlamaq lazımdır?
Sadalanan əlamətlər müxtəlif xəstəliklərdən baş verə bilər. Düzgün diaqnoz qoymaq üçün həkim əyani baxışdan sonra xüsusi müayinələr aparır.
Ümumiyyətlə, damarların xəstəlikləri tədricən inkişaf edir, bu səbəbdən başlanğıcda onun əlamətlərinə bir o qədər də fikir verilmir. Xəstəliyi vaxtında aşkara çıxarmaq üçün insan öz sağlamlığına nəzarət etməli və ilkin dövrlərdə varikoz hekimleri tərəfindən müayinə olunmalıdır.
tromboz – damarların daxilində qan laxtasının formalaşması
tromboflebit – damarın ltihablaşması və tromblaşma
limfostaz - limfa dövranının pozulması
trofiki xora - dəridə sağalmayan yara
Damar hekimleri hansı üsulla müayinə və müalicə aparır? İlkin konsultasiya zamanı həkim ilk növbədə xəstənin şikayətlərini soruşur. Dərinin və damarların vəziyyətinə baxır. Diaqnozun qoyulması üçün Rəngli Doppler müayinəsi aparılır. Onun nəticəsinə əsasən müalicə sxemi tərtib edilir.