Varikoz damar genislenmesi özünü necə büruzə verir? Damar genislenmesinin ilkin əlamətlərinə ayaqlarda yorğunluq, ağrı hissi, gecə qıcolmaları aiddir. Xəstələr dəri üzərində kapilyar torları və damar ulduzcuqlarının yarandığını müşahidə edirlər.
Bu mərhələdə tədbir görmədikdə varikoz damarlar artaraq, fəsad törədir. Varikozun ağırlaşmalarına tromblaşma, trofiki yara və s. misal göstərmək olar.
Belə hallarla qarşılaşmamaq üçün damar genislenmesi üzrə risk qrupuna daxil olan insanlar ildə 1 dəfə
fleboloqun müayinəsindən keçməlidir.
Varikoz damar genislenmesi necə müalicə olunur?Xəstə
damar hekimine müraciət etdikdə ilk növbədə müayinə aparılır. Varikozun diaqnostikasında Rəngli Doppler müayinəsi qızıl standart sayılır. Onun köməyilə damarların vəziyyəti yoxlanılır, qapaq çatışmazlığı, qanın geriyə axını (reflüks) və ya tromb halları aşkara çıxarılır.
Başlanğıc mərhələdə dərman preparatları,
varikoz corablar xəstəliyin qarşısını almağa kömək edir. Nazik kapilyar və venaları isə estetik prosedurlarla aradan qaldırmaq mümkündür.
Ağırlaşmış dövrlərdə yeganə effektiv üsul cərrahi müdaxilədir. Hazırda varikoz problemi kəsiksiz, ağrısız, narkozsuz lazer üsulu ilə 1 günə həll olunur.
Açıq cərrahiyyədən fərqli olaraq, lazer əməliyyatlarından sonra bərpa dövrü çox qısa sürür. Kəsik aparılmağından yataq rejiminə ehtiyac olmur. Pasiyent həmin gün evə buraxılır və bununla da gündəlik həyatına davam edir.