Statistikaya əsasən hər 3 qadından biri varikozdan əziyyət çəkir. Bəs varikoz nedir? Bu məqalədə sizi damar genişlənməsinin səbəbləri, forma və müalicə üsulları ilə tanış edəcəyik.
Retikulyar varikoz nedir? Retikulyar varikoz - damar genislenmesinin başlanğıc mərhələsidir. Onun yaranmasında 3 amil böyük rol oynayır:
İrsi meyillik
Hamiləlik və hormonal dəyişikliklər
Narahat ayaqqabı və sıx geyim
Retikullyar varikozun mualicesi sadə prosedurlarla - Skleroterapiya və ya Kriolazer-krioskleroterapiya ilə aparılır. Bu üsullar təhlükəsiz olub, heç bir hazırlıq tələb etmir.
Skleroterapiya - genişlənmiş vena və kapilyarlara xüsusi preparat (sklerozant) yeritməklə icra olunur. Kriolazer-krioskleroterapiya bəs nedir? Bu metod kombinəolunmuşdur, yəni varikoz damarlara həm sklerozant, həm də lazerlə təsir göstərilir.
Prosedurdan dərhal sonra pasiyent varikoz corab geyinərək, gündəlik işlərinə davam edir.
Gecikmiş varikoz nedir? İlkin mərhələdə yaranan nazik qırmızı kapilyarlar vaxtında müalicə olunmadıqda proses irəliləyir. Zaman keçdikcə ayaqda iri və şişkin venalar yaranır.
Gecikmiş dövrlərdə varikoz damar genislenmesi cərrahi yolla aradan qaldırılır: lazer ablasiya, radiotezlikli ablasiya və miniflebektomiya. Bu üsulların üstünlükləri:
Narkozsuz yerinə yetirilir
Kəsik aparılmadığından ayaqda çapıq və iz qalmır
Klinikada qalmağa və evdə yataq rejiminə ehtiyac olmur
Pasiyent dərhal gündəlik həyata qayıdır
Əməliyyatdan sonra bərpa dövrü qısa olur
Cərrahi müdaxilə təhlükəsizliyi və yüksək effektivliyi ilə seçilir.
Ağırlaşmış varikoz nedir? Varikozlu xəstənin damar hekiminə vaxtında müraciət etməməsi 2 səbəblə əlaqəlidir:
Müalicədən qorxu
Problemə qeyri-ciddi yanaşmaq
Hər 2 halda həkimə müraciəti gecikdirmək xəstəlik və onun müalicə üsulları haqqında az məlumatlı olmaqla bağlıdır. Varikozun ağırlaşmalarına aşağıdakılar aiddir:
Tromboflebit
Trofiki xora
Ağciyər arteriyasının tromboemboliyası (əksər hallarda ölümlə nəticələnir)
Damar partlaması
Bəs fəsadlaşmış varikozun müalicəsi nedir? Bu hal ciddi müayinə və müalicə tələb edir. Burada əsas məqsəd kəskin vəziyyətin qarşısını alıb, venalarda normal qan axınını bərpa etməkdir. Damar hekimleri belə xəstələrə azinvaziv cərrahi üsulları (lazer və s.) məsləhət görürlər.
Bu məqalədə “varikoz və onun müalicəsi nedir” sualına cavab verməyə çalışdıq. Ümumilikdə varikoz ağır xəstəlik olsa da müalicəyə asan tabe olur. İmkan daxilində damar genişlənməsinə səbəb olan amilləri özünüzdən uzaqlaşdırın. Varikozun ilkin əlamətləri ilə qarşılaşdıqda isə vaxt itirmədən həkimə müraciət edin.